Putin BMT-nin fəaliyyətini dəyərləndiribbackend

Birləşmiş Millətlər Təşkilatı (BMT) öz missiyasını ləyaqətlə yerinə yetirir və əslində dünyada maraqlar tarazlığını təmin edən yeganə mexanizmdir.

İctimai.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Aşqabadda “Sülh və etimad ilinə” həsr olunmuş beynəlxalq forumda çıxışı zamanı deyib.

“80 il əvvəl yaradılan o, öz missiyasını ləyaqətlə yerinə yetirməkdə davam edir və əslində, maraqların beynəlxalq balansını təmin edən unikal, çox vaxt yeganə mexanizmdir”, – Rusiya lideri vurğulayıb.