Rusiya tərəfi 2024-cü ilin ilk altı ayında Çinlə qarşılıqlı ticarətdə müsbət dinamikanı qeyd edir.
Bunu Rusiya prezidenti Vladimir Putin Çin sədri Si Cinpinlə danışıqlar zamanı bildirib.
“Ticarət artır. Biz bunu Çinə səfərim zamanı qeyd etmişdik və indi bir daha bəyan edə bilərik. Bu ilin birinci yarısında biz müsbət dinamika müşahidə etdik”, – Rusiya lideri bildirib.
Aprel ayında Rusiya-Çin ticarətinin həcminin birinci rübdə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2% artaraq 56,68 milyard dollar təşkil etdiyi bildirilib.
Mənbə: TASS