Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Fələstindəki vəziyyətin tam həlli üçün səylərini zəiflətməməyə çağırır.
Bu barədə TASS məlumat yayıb.
“Fələstin-İsrail münaqişəsinin hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda, o cümlədən İsraillə sülh və təhlükəsizlik şəraitində mövcud olan müstəqil Fələstin dövlətinin yaradılmasını əhatə edən hərtərəfli həllinə nail olmaq üçün səyləri zəiflətməmək vacibdir”, – Putin deyib.