Putin Vaşinqtonun aldatmasına “Avanqard” raketləri ilə cavab veribbackend

ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Scott Ritter bildirib ki, “Avanqard” hipersəs raketlərinin yaradılması Rusiya prezidenti Vladimir Putinin Vaşinqtonun Avropada raket əleyhinə sistemlərin yerləşdirilməsi ilə bağlı aldadılmasına cavabı olub.

O, bu barədə “YouTube” kanalında müvafiq açıqlama verib.

Keçmiş kəşfiyyatçı qeyd edib ki, 2000-ci illərin əvvəllərindən ABŞ Şərqi Avropada raketdən müdafiə sistemlərini yerləşdirməyə başlayıb və Rusiya Federasiyasını bu qurğuların qitələrarası ballistik raketləri məhv etmək üçün nəzərdə tutulmadığına inandırmağa cəhd edib.

Eyni zamanda, bu məqsədlər üçün Standard Missile-3 Block IIA raket əleyhinə sistemlərdən də istifadə olunur, deyə o qeyd edib.

Mənbə: Gazeta.ru

İctimai.az