Çin Mərkəzi Televiziyasının Rusiya prezidenti Vladimir Putinlə Çin prezidenti Si Cinpin arasında keçirilən görüşdən sonra dərc etdiyi bəyanatda Ukraynadakı münaqişənin və ya Alyaska sammitinin müzakirəsindən bəhs edilməyib.
Liderlərin danışıqları Pekində baş tutub. Rəsmi görüşdən sonra Çin Mərkəzi Televiziyası tərəflərin bəyanatlarından əsas məqamları, eləcə də söhbətin ümumi məzmununu qısaca təsvir edən bəyanat yayıb.
Görüş zamanı Çin prezidenti Rusiya ilə yüksək səviyyəli əlaqələri gücləndirməyə və tərəflərin maraqlarına toxunan məsələlərlə bağlı mövqeləri operativ şəkildə əlaqələndirməyə hazır olduğunu bildirib.














