Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvanın Ukraynada uzunmüddətli sülh perspektivləri şərti ilə atəşkəsə hazır olması ilə bağlı bəyanatına sərt reaksiya verib.
Ukrayna dövlət başçısının reaksiyasını belə qiymətləndirən Amerikanın “The New York Times” qəzeti yazıb.
“Zelenski sərt açıqlamalarında bildirib ki, Rusiya lideri o qədər şərtlər irəli sürüb ki, “heç nə ümumiyyətlə alınmayacaq və ya mümkün qədər uzun müddət alınmayacaq”.
Amerika qəzetinin yazdığına görə, Putin Rusiya Silahlı Qüvvələrinin döyüş meydanındakı imkanlarına “inam yayır”.