Pxenyan daha bir neçə kəşfiyyat peyki buraxmaq niyyətində olduğunu açıqlayıb

Şimali Koreya yaxın vaxtlarda daha bir neçə kəşfiyyat peyki buraxmağı planlaşdırır. Bu barədə Pxenyan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

KCNA-nın bəyanatında qeyd edilib ki, yaxın gələcəkdə bir neçə əlavə kəşfiyyat peykinin buraxılması Şimali Koreyaya bitişik ərazilərdən kəşfiyyat məlumatlarının əldə edilməsi imkanlarını təkmilləşdirəcək.

KCNA vurğuladı ki, kəşfiyyat peykinin buraxılması Pxenyanın özünümüdafiəsini gücləndirmək üçün qanuni hüququdur. O, KXDR-in düşmənlərinin regionda təhlükəli hərbi manevrlər təşkil etdiyi bir şəraitdə Şimali Koreya ordusunun döyüş hazırlığını artıracaq.

Mənbə: Haber.com

Oxşar xəbərlər