Qabonda avropalı diplomatlar danışıqlar aparıblar

Avropa İttifaqı diplomatları avqustun 30-da Qabonun paytaxtında ölkənin hərbi nəzarəti altına alınması fonunda danışıqlar aparıblar. Bu barədə “Financial Times” adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.

Qəzet qeyd edir ki, “Librevildəki avropalı diplomatlar Qərbi köməyə çağıran prezident Əli Bonqo Ondimba ilə videonun ortaya çıxması fonunda böhran danışıqları aparıblar”.

Financial Times-ın məlumatına görə, rəsmilər həmçinin bildiriblər ki, ölkədəki vəziyyət fonunda Avropa vətəndaşlarının Qabondan mümkün təxliyəsi ilə bağlı Brüsseldə hələlik heç bir qərar verilməyib.

Mənbə: TASS

Related Post