“Qaçqınkom”dan “Qobu Park-2”də baş verən torpaq sürüşməsi ilə bağlı AÇIQLAMAbackend

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) “Qobu Park-2” yaşayış kompleksində 22 saylı binanın yaxınlığında baş verən torpaq sürüşməsi ilə bağlı məsələyə münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, intensiv yağan yağışlar nəticəsində torpaq səthinin yumşalması müşahidə olunan ərazi “Qobu Park-2” yaşayış kompleksində yerləşən 22-ci binadan kifayət qədər uzaqda yerləşir.

Qeyd edilib ki, torpaq səthinin yumşalması müşahidə olunan ərazi “Qobu Park-2” yaşayış kompleksinin sakinləri üçün heç bir təhlükə yaratmır.