Boks yarışlarında qaçqın komandasını Olimpiadada təmsil edən Kamerunlu Sindi Nqamba 2024-cü ildə Parisdə keçirilən Olimpiadada bürünc medal qazanıb.
Avqustun 8-də Rolan Qarros arenasında 75 kq çəki dərəcəsində qadınlar arasında boks turnirinin yarımfinal görüşləri keçirilib. Kamerunlu Nqamba Panama təmsilçisi Atheina Bilona uduzub. Döyüş hər üç raund davam edib və nəticəyə əsasən, hakimlər qələbəni Bilona verib – 4:1.
Bundan əvvəl Nqamba fransalı Davina Mişel üzərində qələbə qazanaraq, özünü ən azı bürünc medalla təmin edib. Bu medal qaçqınlar komandasının tarixində ilk olacaq.
Mənbə: TRT Spor