Qadınlar kişilərə nisbətən istilik dalğalarını daha çox hiss edirlərbackend

Hollandiyanın Amsterdam Azad Universitetinin alimləri 2003-cü ilin yayında Fransada anomal yüksək temperaturun nəticələrini təhlil ediblər. Məlum olub ki, qadınlarda istiliklə bağlı ölüm ehtimalı kişilərə nisbətən xeyli yüksəkdir. Bu barədə LeMonde jurnalı məlumat yayıb.

Qadınlar ümumiyyətlə daha uzun ömür yaşayırlar – Avropada kişilər üçün 75 yaşa qarşı 81 yaşa qədər. Tədqiqatda qeyri-dəqiqliyin qarşısını almaq üçün elm adamları yalnız yaşlı olmayan kişi və qadınlar arasında ölümləri təhlil etdilər. Məlum olub ki, qadınlar arasında anomal isti hava səbəbindən həyatını itirmək riski 15% çoxdur.

Tədqiqatçıların fikrincə, bunun səbəbi qadınların daha az tərləməsidir. Kişilərdə bu termorequlyasiya mexanizmi daha yaxşı qurulub – tər dərinin səthindən buxarlanır, bütün bədəni soyuyur. Bundan əlavə, qadınların ürəkləri daha az səmərəli işləyir və daha yavaş döyünür. İsti havalarda ürək-damar sistemindəki stress çox böyük olur və bu, potensial olaraq daha yüksək ölüm riskini izah edir.

Mənbə: A haber