Hindistanda polis dörd yerli qadını milyonlarla rupi dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinərək saxlayıb. Bu barədə News9 Live məlumat yayıb.
Hadisə Racastan ştatının Narva kəndində dini bayram zamanı baş verib. Dörd qadın və iki oğlandan ibarət oğrular qrupu bayram zamanı qonaqların qızıl zəncirlərini qoparıblar. Cinayətkarları görən yerli sakinlər onları tutmağa başlayıblar. Uşaqlar qaçmağa müvəffəq olsalar da, qadınların çıxmağa vaxtı olmayıb. Camaat onları hüquq-mühafizə orqanları gələnə qədər saxlayıb.
Polis şübhəliləri stansiyaya aparsa da, oğurluqla bağlı heç bir maddi sübut tapmayıb. Sonra asayiş keşikçiləri qadınları rentgenoqrafiyaya göndərmək qərarına gəliblər – görüntülərdə bütün məhbusların mədələrində qızıl-zinət əşyalarının olduğu görünürdü. İlkin məlumata görə, oğurlanmış zinət əşyalarının dəyəri təxminən 2,5 milyon rupi (2,6 milyon rubldan çox) olub.
Mənbə: News9














