“Qadınların ictimai həytada iştirakçılığının genişləndirilməsi” layihəsi başlanılırbackend
“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən “İctimai iştirakçılıq bacarıqları” mövzusunda qadınları maarifləndirir.
“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadınların ictimai həytada iştirakçılığının genişləndirilməsi” layihəsinin icra edir.
Layihənin əsas  məqsədi Azərbaycanda qadınların icma, yerli idarəetmə səviyyəsində qərarların qəbulunda iştirakı və təsrinin genişləndirilməsi.
Layihəin icra müddəti ərzində  “İctimai iştirakçılıq haqqında” qanunda  nəzərdə tutulan ictimai iştirakçılıq formalarının  praktikada tətbiqi  ilə bağlı  mexanizmlərin izahı, ictimai iştirakçılıq nümunələri ilə bağlı bilik və bacarıqlar öyrədiləcək. Təlimlər “Demokratiyanı öyrənmə” İB sədri Mirəli Hüseynov  və Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Hafiz Həsənov tərəfindən keçirilir. Hər təlimdə 15 nəfərə yaxın iştirakçı iştirak edir.
Layihə fəaliyyətlərinin icrası regionda İctimai Şuralarda qadınların rolunun artırılamasına, bölgələrdə qadınların ictimai həyatda iştirakçılığının genişləndirilməsinə, gənc xanımların  ictimai fəallığının artırılmasına çıxaracaq.