Qafqaz Müsəlmanları İdarəsinin layihəsi olan yeni proqrama start verilib – VİDEObackend

Qafqaz Müsəlmanları İdarəsinin layihəsi olan 114 TV-nin efirində yeni proqrama start verilib.

Proqram online formada Qurani-Kərimi oxumağı öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Quran müəllimi İlkin Həsənzadənin təqdimatında olan verilişin artıq ilk bölümləri yayımlanıb.

Ənənəvi tədrisdən fərqli olaraq burada dərslər oxunuş və yazı qaydaları olaraq iki hissəyə ayrılır. Həm hərf və kəlmələrin səsli tələffüzü, həm də yazı qaydaları tədris olunur.

Verilişlər mütamadi olaraq 114 TV-nin rəsmi “Youtube” kanalında və digər sosial media hesablarında yayımlanacaq.

İlk dərsləri aşağıdakı videolarda izləyə bilərsiniz.