“Qafqazinfo” 10 yaşındabackend

Bu gün “Qafqazinfo” Xəbər Portalının fəaliyyətə başlamasından 10 il ötür.

Ölkənin ən çox izlənən və istinad olunan saytlarından biri olan“Qafqazinfo” inkişaf edərək hər il oxucu kütləsini və sıralarını genişləndirir.

Hazırda xəbər portalının 23 rəsmi əməkdaşı var. Bundan başqa, ölkənin digər rayonlarında baş verən xəbərləri daha dəqiq çatdırmaq məqsədilə bölgə müxbirləri də fəaliyyət göstərir.

24 saat ərzində yenilənən xəbər portalı 3 növbəli sistemlə işləyir.

Gün ərzində sayta 150-dən çox xəbər qoyulur ki, bunlar müxtəlif sahələri əhatə edir.

Daim yenilikləri dəstəkləyən “Qafqazinfo” sosial şəbəkələrdə də aktiv səhifələri ilə gündəmdədir.

Feysbuk: https://www.facebook.com/qafqazinfo/
İnstaqram: https://www.instagram.com/qafqazinfo_az/
Yutub: https://www.youtube.com/channel/UCwvYXsl5CRwUgEgX9LQIz2w
Teleqram: https://t.me/qafqazinfo

Xəbər portalı 10 il münasibətilə texniki göstəricilərini də yeniləyib. Belə ki, bu gündən İOS və android tipli telefonlar üçün yeni mobil tətbiqetmə oxucuların ixtiyarına verilib.

“Qafqazinfo” ölkədə ƏDV ödəyicisi olan azsaylı media orqanlarından biridir. Şirkət eyni zamanda, ötən illər ərzində həm dövlət, həm də özəl sektorda müxtəlif sahələri əhatə edən qurumlarla uğurlu partnyorluq təcrübəsinə malikdir.

“Qafqazinfo” başda oxucular olmaqla, dövlət və qeyri-hökumət təşkilatlarına, əməkdaşlıq edən bütün qurumlara etimada görə təşəkkür edir!

İctimai.az informasiya portalı “Qafqazinfo” ailəsini təbrik edir, fəaliyyətinizdə uğurlar arzu edir.