Qalatasarayın fransız futbolçusu Bafetimbi Qomis Hatayda dağıntılar altından sağ çıxan balaca Egeyə sosial media hesabından dəstək mesajı yayımlayıb. Kahramanmaraş mərkəzli zəlzələdə Hatayda dağıntılar altından xilas edilən balaca Ege köynəyi ilə çox sevdiyi “Qalatasaray”ın futbolçusu Bafetimbi Qomisə salam göndərib. Qomisdən Egeyə cavab gecikməyib. Bafetimbi Gomis sosial media hesabında balaca Ege haqqında “Paylaşaraq ağrıları azalda bilərik. Dünən gecə Egeyə çatdıq. Amma özü yatmışdı, narahat etmədik, danışa bilmədik. Dünəndən atası Yener mənim qardaşım, Aslan Ege isə qardaşım oğlu oldu. Nə lazımdırsa, ediləcək”, – deyə o bildirib. Mənbə: TRT Spor İctimai.az Yazı naviqasiyası Nazirdən zəlzələ sonrası bəndlərin təhlükəsizliyi ilə bağlı açıqlamaQuruluş Osmanın aktyoru və həyat yoldaşı zəlzələdə ölüb