Qalibiyyətə can atan ŞƏHİDİMİZ – FOTOLARbackend
44 Günlük döyüş əməliyyatlarında iştirak edən, Şəhid Səttarov Emin Ramin oğlu 25 May 2001-ci ildə Bakı şəhərində anadan olub. Emin 2008-ci ildə Bakı şəhərində 10 N-li sanatoriya tipli internat məktəbinə daxil olmuş və orada təhsil almışdır.
Təbiətcə çox sakit istiqanlı mərd hər kəsin sevimlisi bir şagird idi. Böyüklərlə böyük, kiçiklərlə kiçik kimi idi. O, 2017-ci ildə oxuduğu məktəbi bitirərək , həmin ilin sentyabrında Bakı 12 N-li peşə liseyinin aşpazlıq peşəsinə qəbul olmuşdur. O, buranı bitirib bir müddət aşpaz kimi işləsədə, sonra pandemiya səbəbi ilə işindən ayrılmalı olur. Eminin anası və nənəsi olsa da, onlarla birlikdə deyil, dostunun ailəsi ilə yaşayırdı.
 
İslahat.az xəbər verir ki, Emin 2020-ci ilin iyul ayının 8-i hərbi xidmətə yollanmışdır. Əvvəlcə Ağcabədidə, sonra isə Füzulidə Vətənə olan borcunu yerinə yetirirdi. Dostunun sözlərinə görə onlar tez-tez əlaqə saxlayırmışlar. Ən son isə Eminlə oktyabrın 23-ü danışıblar.
Qarabağ savaşı onun üçün haqq savaşı idi. Bir an belə tərəddüd etmədən qalibiyyətə can atırdı.
Füzuli, Cəbrayıl, Xocavənd və Hadrut döyüşlərində iştirak etmiş və 25 Oktyabr Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
 
Zəfərə gedən yolda şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölümündən sonra Xocavəndin və Füzulinin azad olunmasına görə medalı ilə təltif edilmişdir.
İndi onun ruhu azad etdiyi Qarabağ torpaqlarında rahatdır.
Ruhu uca olsun!