Erektil disfunksiya olaraq da bilinən iktidarsızlıq kişilər arasında olduqca yaygın bir problemdir. Uroloqlar hesab edirlər ki, iktidarsızlığa müxtəlif amillər səbəb ola bilər: həm fiziki, həm də psixoloji. SM-Clinic Reproduktiv Sağlamlıq Mərkəzinin androloqu və uroloqu Bator Qonçikov Gazeta.Ru-ya bu xəstəliyin əsas səbəbləri barədə danışıb.
Onun sözlərinə görə, erektil funksiyaya təsir edən əsas amillərdən biri də qan damarlarında yaranan problemlərdir. Tıxanmış arteriyalar və damarların daralması penisə qan axınının məhdudlaşdırılmasına və nəticədə ereksiya ilə bağlı problemlərə səbəb ola bilər.
“Stress, depressiya, narahatlıq və digər psixoloji problemlər cinsi funksiyaya təsir edə bilər. Psixi diskomfort libidonun azalmasına və ereksiya problemlərinə səbəb ola bilər”, – deyə həkim əlavə edib.
Mənbə: Gazeta.Ru