Qanada insanları öpüşməyi dayandırmağa çağırıblarbackend

Qanada meymun çiçəyi xəstəliyinin yayılması ilə əlaqədar həkimlər ölkə əhalisini öpüşməkdən və əlaqədən çəkinməyə çağırıblar. Bu barədə Modern Gana məlumat yayıb.

Milli Səhiyyə Xidməti bu barədə Qananın şimal-qərbində başqa bir hadisənin qeydə alınmasından sonra məlumat verib. Ümumilikdə 33 milyon əhalisi olan ölkədə artıq 230 yoluxma halı qeydə alınıb.

Həkimlərin fikrincə, xəstəlik yaxın bədən təması zamanı da keçə bilər. Buna görə də, həkimlər meymuna yoluxduğundan şübhələnən insanlarla öpüşməkdən və əlaqədən çəkinməyi tövsiyə ediblər.

Mənbə: Haberler.com