“Qarabağ Azərbaycandır” şeirinə mahnı hazırlanıbbackend

İctimai fəalın “Qarabağ Azərbaycandır” şeirinə mahnı hazırlanıb.

İctimai.az xəbər verir ki, ictimai fəal, şair Mehti Kamiloğlunun 44 günlük Vətən müharibəsi müddətində yazdığı “Qarabağ Azərbaycandır” adlı şeirinə gənc xanım ifaçı Gülüm Xanovanın ifasında mahnı ərsəyə gəlib.

Qeyd edək ki, Mehti Kamiloğlunun bundan əvvəl yazdığı “Azərbaycan əsgəri” və “Ulu Öndərim” şeirlərinə də kompozisiya hazırlanıb.