“Qarabağ” darmadağınla pley-offda!backend

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyunları keçirilib.

İctimai.az xəbər verir ki, ilk oyunda “Şkendiya”nı (Şimali Makedoniya) minimal hesabla məğlub edən “Qarabağ” cavab görüşündə rəqibini darmadağın edib – 5:1. “Köhlən atlar”ın heyətində Kadi Borqes, Nəriman Axundzadə, Marko Yankoviç və Leandro Andrade qolların müəllifi olub. Qurban Qurbanovun komandasının digər qolunu rəqib öz qapısından keçirib.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” liqa yoluna yüksəlmək uğrunda “Ferensvaroş”la (Macarıstan) qarşılaşacaq.