“Qarabağ” dünya reytinqində doqquz pillə irəlilədibackend

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının növbəti reytinq siyahısını açıqlayıb.

İctimai.az IFFHS-ə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” reytinq cədvəlində doqquz pillə irəliləyərək 60-cı sırada mövqe tutub.

502 komandanın yer aldığı sıralamada Azərbaycanın digər təmsilçilərindən “Sabah” 211-ci (+13), “Zirə” 418-ci (-29), “Araz-Naxçıvan” 468-ci (-12) pillədə qərarlaşıb.

Siyahıya Fransanın PSJ klubu başçılıq edir. “Çelsi” (İngiltərə) və “Bavariya” (Almaniya) sonrakı yerləri tuturlar.