“Qarabağ İnformasiya Mərkəzi yaradılsın”backend

Deputat Sabir Rüstəmxanlı Qarabağ İnformasiya Mərkəzinin yaradılmasını təklif edib.

“Qafqazinfo”nun məlumatına görə, deputat parlamentdə qeyd edib ki, Vətən müharibəsindən sonra dünyada bizim əleyhimizə antitəbliğat kampaniyası aparılır: “Ermənilər çirkabları qitələr boyu yaymaqda davam edir. Buna qarşı da biz sırf Qarabağ məsələsiylə bağlı informasiya mərkəzini yaratmalıyıq.

Bizim müstəqil peşəkarları tapıb bu işə cəlb etmək lazımdır. Onlara dövlət tərəfindən dəstək verilməlidir ki, erməni yalanının qarşısında dayana bilək”.