“Qarabağ” klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi dünya reytinqində 10 pillə irəliləyib.
Oxu.Az xəbər verir ki, açıqlanan son siyahıda komanda 143.5 xalla 114-cü sırada yer alıb.
Azərbaycanın digər klublarından “Zirə” (94,75 xal) 220-ci yerdən 233-cü pilləyə enib. 26 pillə irəliləyən “Sabah” (68.5 xal) isə 367-ci yerə yüksəlib.
“Araz-Naxçıvan” (58,75 xal) da irəliləyiş göstərərək, 492-ci yerdən 454-cü sıraya qalxıb.
Qeyd edək ki, reytinqə Madrid “Real”ı (490 xal) başçılıq edir. Ümumilikdə isə siyahı 501 komandanı əhatə edir.