“Qarabağ” “Linkoln”la cavab matçına çıxırbackend

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin görüşlərinə “Qarabağ” – “Linkoln” matçı ilə start veriləcək.

İctimai.az xəbər verir ki, səfərdə 2:0 hesabı ilə qalib gələn “köhlən atlar” doğma meydanda da azarkeşləri sevindirməyə çalışacaqlar.

Görüş Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, görüşü Yakob Sundberqin başçılıq etdiyi danimarkalı hakimlər briqadası idarə edəcək.