“Qarabağ” “Neftçi”yə qalib gəldibackend

Azərbaycan Premyer Liqasında 15-ci turun yekun qarşılaşmasında “Neftçi” “Qarabağ”ı qəbul edib.

İctimai.az xəbər verir ki, “Neftçi Arena”da baş tutmuş görüş qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 27-ci və 56-cı dəqiqələrdə Leandro Andrade, 54-cü dəqiqədə Nəriman Axundzadə vurub.

Bu görüşdən sonra rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 37 xalla liderliyə yüksəlib. Paytaxt klubu 13 xalla 8-ci sıradadır.