“Qarabağ Qaziləri” Birliyinin Cəbrayıl Rayon filialı şəhid ailələrinə baş çəkibbackend

16 mart 2020-ci il tarixində Azərbaycan Respublikası “Qarabağ Qaziləri” Birliyinin Cəbrayıl Rayon filialı nümayəndələri Qarabağ müharibəsi iştirakçısı, şəhid Vüqarın ailəsinə baş çəkib, problemləri ilə maraqlanıblar.
Qarşıdan gələn Novruz bayramı münasibətilə ailə üzvlərini təbrik edib, növbəti bayramları doğma Cəbrayılda keçirməyi arzu ediblər.
Daha sonra Birliyin nümayəndələri Qarabağ müharibəsi iştirakçısı, şəhid Cavidin ailəsinə baş çəkiblər,
görüş zamanı ailəni qayğılandıran problemlər ilə yaxından maraqlanıblar.
Sonda ailə üzvlərini bayram münasibətilə təbrik ediblər.

Ümumilikdə Birlik tərəfindən bayram ərəfəsində 8 şəhid və qazi ailəsinə maddi yardım dəstəyi göstərilibdir.

İctimai.az