“Qarabağ” UEFA Çempionlar Liqasında indiyədək bu qədər pul qazanıbbackend

“Qarabağ” 2025/26 mövsümündə UEFA Çempionlar Liqasının əsas mərhələsində üç qələbə qazanıb, iki oyunda uduzub, bir dəfə isə heç-heçə edib.

İctimai.az xəbər verir ki, yeddi turdan sonra aktivində 10 xal olan Ağdam klubu bu mərhələdə ümumilikdə 7.05 milyon avro (14 milyon manat) əldə edib.

Belə ki, ÇL-in Liqa mərhələsində hər qələbə üçün 2.1 milyon avro mükafat ayrılır. Heç-heçəyə görə isə 750 min avro ödənilir.

Qeyd edək ki, “Qarabağ” bu mövsüm ÇL-in liqa mərhələsinə düşdüyünə görə ümumilikdə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanmışdı. Hazırda isə bu məbləğ son olaraq 30.75 milyon avroya (61.11 milyon manat) çatıb.