“Qarabağ” xal qazanıb, Azərbaycan Bolqarıstana yaxınlaşıbbackend

Avropa Liqası və Konfrans Liqasında 1/8 finalın ilk oyunları keçirildikdən sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycanın xal hesabı artıb.

Buna “Qarabağ”ın Avropa Liqasının 1/8 finalında “Bayer”lə matçı səbəb olub. Evdəki heç-heçə (2:2) sayəsində ölkəmizin aktivinə 0,250 xal əlavə edilib.

Bununla da Azərbaycanın mövsümdəki qazancı 5,875-ə çatıb. Son 5 ilin nəticələrinə əsasən, toplanan reytinqimiz 20,125-dir.

Azərbaycanın mövqeyi dəyişməz qalıb. Hazırda 27-ci olan ölkəmiz Bolqarıstana yaxınlaşıb. Təmsilçisi qalmayan 26-cı yerin sahibi ilə fərq 0,250-dir.

Qeyd edək ki, siyahıya İngiltərə başçılıq edir.