“Qarabağ Yeni Sosial-iqtisadi İnkişaf Modeli” adlı layihə davam edir – FOTOLARbackend

Azərbaycan Gənc Sahibkarlar Klubu “Qarabağ Yeni Sosial-iqtisadi İnkişaf Modeli” mövzusunda layihəsini uğurla davam etdirir. Bu kontekstdə Klubun koordinatoru Anar Sarıyev 18 Yanvar tarixində qardaş Türkiyə Respublikasına səfəri çərçivəsində bir qrup iş adamı ilə görüşlər keçirib.

İctimai.az xəbər verir ki, qardaş ölkənin iş adamları ilə müzakirələr zamanı gələcək lahiyələr, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi inkişaf və infrastruktur layihələrinin həyata keçirilməsindən bəhs edilib.

İş adamlarının təklifləri ilə tanış olan Anar Sarıyev mövzu ilə əlaqədar öz fikirlərini diqqətə çatdırıb. Səfərin yekunları ilə bağlı açıqlamada bildirilir ki, səfər zamanı keçirilən görüşlərdə Türkiyədə fəaliyyət göstərən iş adamları ölkəmizin Qarabağın işğaldan sonraki iqtisadi inkişaf proseslərində yaxından iştirak etməyə maraqlıdırlar və onlar sosial lahiyələrdə dəstək göstərməyə hazırdırlar. Görüşlər zamanı bir daha vurğulanıb ki, iki qardaş dövlətlərin əlaqələrinin inkişafında ölkə başçıları Cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin xüsusi rolu var və bildirilib ki qısa müddət ərzində Qarabağın ən müasir standartlara uyğun şəkildə yenidən qurulması prosesi həyata keçiriləcək və regionda yeni sosial-iqtisadi inkişaf mərkəzinə çevriləcəkdir. Həmçinin səfər zamanı Klubun koordinatoru Anar Sarıyev İstanbul şəhərində yerləşən Ulu Öndərin adını daşıyan parka gedərək Heydər Əliyevin büstünü ziyarət edib. Lahiyənin davamlılığı məqsədi ilə mövzü ətrafında televiziya kanalarında verilişlərdə iştirak nəzərdə tutulub.