“Qarabağ” “Zirə”yə qalib gəlibbackend

Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

İctimai.az xəbər verir k7, turun son oyununda çempion “Qarabağ” meydançaya çıxıb.

Ağdam təmsilçisi qış fasiləsindən sonra uğursuz nəticələrlə yadda qalan “Zirə”ni qəbul edib. Qarşılaşmada hesabı 43-cü dəqiqədə meydan sahibləri açıblar. “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. 77-ci dəqiqədə bu dəfə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib.

İki dəqiqə sonra qonaqlar ümidləniblər. “Zirə”nin yeni transferi Sezar Meza Kolli adını tabloya yazdırıb. Lakin qəsəbə təmsilçisinin ümidinin üstündən cəmi iki dəqiqə sonra Adama Diakabi xətt çəkib.

Beləliklə, 3:1 hesablı qələbə qazanan “Qarabağ” çempionluğa bir addım da yaxınlaşıb. Qurban Qurbanovun kollektivi ən yaxın izləyicisi “Sumqayıt”ı 24 xal qabaqlayır.