“Qarabağ”ın gəlirini artırdıbackend

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqla gəlirini artırıb.

İctimai.az Oxu.az-a istinadən xəbər verir ki, komanda Çempionlar Liqasının son turunda “Liverpul”a məğlub olsa da, büdcəsinə iki milyon avro qazanc gətirə bilib.

Belə ki, Liqa mərhələsini ilk 24-lükdə bitirən komanda bir milyon avro bonus əldə edib. Eyni zamanda, Ağdam təmsilçisinin pley-off mərhələsində iştirak etməsi ona əlavə bir milyon avro qazandıracaq.

Qeyd edək ki, “köhlən atlar”ın cari mövsümdəki gəliri təxminən 32.75 milyon avroya (66.8 milyon manat) çatıb.