“Qarabağ”ın məğlubiyyəti Azərbaycanın UEFA-nın əmsallar cədvəlində yerinə təsir etdibackend

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçdə “Elfsborq”a uduzması (0:1) Azərbaycanın əmsallar cədvəlində bir pillə geriləməsinə səbəb olub.

İctimai.az xəbər verir ki, Azərbaycan 19.625 əmsalla 28-ci yerdə qərarlaşıb.

Ötən gün bu turnirdə “Ludoqorets”in Niderlandın “AZ Alkmaar” komandası ilə heç-heçə etməsi (2:2) Bolqarıstanın (19.625) Azərbaycana çatması ilə nəticələnib. Əmsallar bərabər olsa da, bolqarlar cari mövsüm əldə olunan nəticələrə əsasən, 27-ci sıradadırlar.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (99.374) başçılıq edir.