“Qarabağ”ın Premyer Liqa oyunlarını keçirəcəyi stadion dəyişdibackend

“Qarabağ” futbol klubu fevralın 1-dən Misli Premyer Liqasındakı oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

İctimai.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, “Qarabağ” PFL-ə müraciət edərək, “Turan Tovuz” klubunun da ev oyununu müvəqqəti keçirəcəyi “Azərsun Arena”nın ot örtüyünün hazırda yaxşı vəziyyətdə olmaması və durumun daha da ağırlaşmasının qarşısını almaq məqsədilə fevralın 1-dən ev oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsinə şərait yaradılmasını xahiş edib.

PFL “Qarabağ” klubunun müraciətini müsbət dəyərləndirib. Belə ki, PFL fevralın 1-nə təyin olunan “Turan Tovuz”la görüşdən etibarən “Qarabağ”ın ev oyunlarını növbəti bildirişə qədər Tofiq Bəhramov adına Respublika stadionunda keçirməsinə icazə verib.