“Qarabağ”ın yarımmüdafiəçisi Əlcəzair yığmasındabackend

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Əlcəzair yığmasına dəvət edilib.

Bu barədə Əlcəzairin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, futbolçu 18-26 mart tarixlərinə planlaşdırılan məşq üçün baş məşqçi Vladimir Petkoviçin siyahısına daxil edilib.

Qeyd edək ki, Yassin Benzia Əlcəzair millisinə sonuncu dəfə 2018-ci ildə çağırılmışdı.