Qaradağ rayonunda azyaşlı ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə martın 30-da Ələt qəsəbəsində baş verib.
Qəsəbə sakini 2024-cü il təvəllüdlü Cahangir İsgəndərli naməlum səbəbdən qusub və xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.












