Qayğı ilə dolu ömür

Azərbaycanın Ümummilli lideri, görkəmli siyasi xadim Heydər Əliyev dövlət xadimi olmaqla yanaşı, həm də fəlsəfə, ədəbiyyat, tarix və incəsənətə dərindən bələd olaraq, elmin inkişafının, mədəniyyətinin hərtərəfli himayədarı idi. Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha, dərin fəlsəfi düşüncə tərzinə və möhkəm tarixi yaddaşa malik olan bu dahi şəxsiyyətin bütün fəaliyyəti doğma və sevimli xalqına sədaqətlə xidmətin parlaq təcəssümüdür.

Heydər Əliyev müdriklik göstərərək, taleyin ona qismət etdiyi bilik və qabiliyyətləri öz şəxsi maraq və məqsədləri üçün deyil, millət və xalqı yolunda istifadə etmişdir. Azərbaycanın bu günkü uğurları dahi liderimiz Heydər Əliyevin uzaq görən siyasətinin bəhrəsidir. Keçən əsrin sonlarından etibarən Ulu öndər istər sosial-iqtisadi inkişaf, istərsə də təhsil, elm və mədəniyyətin tərəqqisi yolunda uğurla strategiyaların həyata keçirilməsini istiqamətində böyük addımlar atmışdır. Bu uğurlar təhsilin bütün sahələrində özünü göstərməkdədir.

Ümummilli liderimiz Heydər Əliyev “Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. İndiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcəkdir” söyləyərək təhsili dövlətin üstün inkişaf etmiş prioritet sahəsinə çevirdi.

Belə ki, Ulu öndərimizin sərəncamı ilə dərsliklər dövlət vəsaiti hesabına çap olunmağa başladı. Azərbaycan tarixində ilk dəfə Təhsil sahəsində islahatlar aparılması üçün tapşırıqlar verildi.

1998-ci ildə Müstəqil Azərbaycan Müəllimlərinin I Qurultayı keçirildi. Qurultayda təhsil tariximizdə ilk dəfə respublika Təhsil Şurası yaradıldı.

Xüsusi istedadı olan şagirdlər və gənclərə diqqət artırıldı və adları “Qızıl kitab”a salındı.

Bundan əlavə qeyd etmək lazımdır ki, Ümummilli liderimiz təhsil sahəsində bir sıra fəraman və sərəncamlar imzalamışdır:

  • 18 iyun 2000-ci il Azərbaycan Respublikası Təhsil sisteminin təkmilləşdirilməsi haqqında;
  • 18 iyun 2001-ci il Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında;
  • 09 avqust 2001-ci il 01 avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü”nün təsis edilməsi haqqında;

Bu tarixi sərəncam və fərmanların sayı xeyli çoxdur. Bütün bunlar Dahi liderimizin Azərbaycan təhsilinə, Azərbaycanlı gənclərin savadlanmasına göstərdiyi qayğının nəticəsi idi.

Dahi liderimizin Azərbaycan təhsilinə qayğısı bunlarla yekunlaşmamışdır. Heydər Əliyev ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında 4 oktyabr 2002-ci il tarixində sərəncam imzalamış və həmin sərəncama əsasən hazırlanmış xüsusi proqram sayəsində Azərbaycanda dünya standartlarına cavab verən müasir tipli məktəb binaları da tikilməyə başlamışdır. 1998-2002-ci illərdə 116 yeni məktəb binası inşa edilmişdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın ali təhsil müəssisələrini də diqqətdən kənar qoymamışdır. 1993-1994-cü illərdən etibarən ali təhsildə iki səviyyəli sistemə – 4 illik bakalavriat  və 2 illik magistratura səviyyələrinə keçid təmin edildi.

Artıq 1998-ci ildə ildə ölkədə qeydiyyatdan keçmiş 17 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərirdi.

Dahi liderimizin sərəncamına əsasən dövlət hesabına Türkiyədə təhsil alan 100 Azərbaycanlı tələbənin hər birinə dövlət təqaüdünün verilməsi üçün 2,4 milyard vəsait ayrılmışdır.

Bu gün böyük qürur hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyasını, təhsil siyasətini onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır.

Bakı Slavyan Universiteti

Cəfərova Səbinə Namiq qızı

Oxşar xəbərlər