Qazaxda dəhşətli ölüm hadisəsi: Əməkdaş maşının altında qaldıbackend

Qazaxda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, təmizlik idarəsinin əməkdaşı B.Əliyev hərəkətdə olan zibil maşınının üzərindəki pilləkəndən tutaraq gedən zaman yol kənarındakı ağaca dəyib və yıxılaraq maşının altına düşüb.

Təkər onun başının üstündən keçib və o, hadisə yerindəcə dünyasını dəyişib. Hadisə şəhərin Bakı küçəsində baş verib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.