Qazaxıstan Drujba kəməri ilə Almaniyaya neft nəqlinin həcmini artırmağa hazırdır.
TASS xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib.
Onun sözlərinə görə, bu, daha çox Almaniyanın Şvedt şəhərindəki neft emalı zavodunun müraciətlərindən və Qazaxıstanın Rusiya ərazisindən tranzitini nə dərəcədə təmin edə biləcəyindən asılı olacaq.
“Ümumiyyətlə, biz Qazaxıstan tərəfində bu həcmləri artırmağa hazırıq; bu istiqamətdə neft tədarükündə maraqlı olan tədarükçülər var”, – deyən Satqəliyev məsələnin bütün iştirakçılarla birlikdə işlənəcəyini bildirib.