Qazaxıstan dezinformasiya ilə mübarizə üçün ABŞ-dan pul aldığını inkar edibbackend

Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi dezinformasiya ilə mübarizə üçün ABŞ-dan vəsait almayıb.

Bu barədə TASS-a nazirlikdən məlumat verilib.

Departamentdən bildirilib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən “İnternyus” təşkilatı ilə media savadının yüksəldilməsi məqsədilə tədbirlər, o cümlədən media ictimaiyyəti nümayəndələri arasında peşəkar bacarıqların inkişaf etdirilməsi üçün müxtəlif kurslar keçirilib.

“Lakin nazirliyə birbaşa və ya dolayısı ilə heç bir maliyyə vəsaiti daxil olmayıb”, – deyə Mədəniyyət Nazirliyi agentliyin sualına cavab olaraq bildirib.