Qazaxıstan hakimiyyəti öz vətəndaşlarını Odessa və Xarkovu tərk etməyə çağırıbbackend

Qazaxıstan hakimiyyəti öz vətəndaşlarına təhlükəsizlik baxımından Odessa və Xarkovu tərk etməyi tövsiyə edib. Bu barədə Qazaxıstanın Kiyevdəki səfirliyinin rəsmi saytında məlumat verilib.

“Qazaxıstan vətəndaşlarının nəzərinə! “Ukraynanın Odessa və Xarkov vilayətlərində artan gərginlik və qeyri-sabit təhlükəsizlik vəziyyəti ilə əlaqədar Qazaxıstanın Ukraynadakı səfirliyi öz vətəndaşlarına bu bölgələri tərk etmək barədə düşünməyi tövsiyə edir”, – bəyanatda deyilir.

Martın 26-da ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter bəyan edib ki, Rusiya Dnepr çayının sol sahilindəki ərazilərə nəzarəti ələ keçirəcək və bu, Ukrayna ilə faktiki sərhədə çevriləcək. Onun sözlərinə görə, Ukraynanın Sol Sahilinin işğalı həm də Xarkov və Sumı kimi şəhərlərin Rusiyanın nəzarətinə keçməsi demək olacaq. Bu ərazilərdə konsolidasiya Odessanın Rusiyaya birləşdirilməsi üçün qüvvələri azad edəcək.

Mənbə: TASS