Qazaxıstan hələ də Almaniyaya nəzərdə tutulan 20 min ton neft göndərməyibbackend

Qazaxıstanın energetika nazirinin müavini Asxat Xasenov bildirib ki, Qazaxıstan tərəfi hələ də Almaniyaya 20 min ton neftin birinci partiyasını göndərməyib.

Bu barədə TASS məlumat yayıb.

“İndiyədək biz 20 min ton neft göndərməmişik.

Xasenov eyni zamanda bildirib ki, bu tədarük həcmi fevral ayı üçün açıqlanıb. Onun sözlərinə görə, hazırda neftin alıcısı ilə təchizatçı arasında danışıqlar aparılır.

“Fevralın sonuna qədər heç bir məhdudiyyət görmürük” deyib.

Mənbə: TASS

İctimai.az