Qazaxıstan hələ Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) obyektlərinə hücumla bağlı izahat almayıb.
TASS xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib.
“Biz Kiyevdən cavab almamışıq. Təbii ki, bu məsələ ilə bağlı narahatlığımızı bildirdik və cavab gözləyirik”, – Smadiyarov bildirib.
Martın 24-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatı gecə saatlarında Krasnodar vilayətində Kropotkin neft nasos stansiyasına hücum edib. Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp tərəfindən razılaşdırılan enerji obyektlərinə zərbələrdən qarşılıqlı olaraq 30 günlük imtinanı dəstəkləyib.