TASS xəbər verir ki, Qazaxıstan parlamentinin Senatı (yuxarı palatası) ikinci oxunuşda ölkədə LGBT təbliğatını və pedofiliyanı qadağan edən qanunun təsdiqinə səs verib.
Qanun uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran məlumatlardan qorumaq məqsədilə qəbul edilib.
Qanun noyabrın 12-də, vətəndaşların LGBT təbliğatının qadağan edilməsi tələbi ilə petisiyaya başlamasından il yarım sonra qəbul edilib.













