Qazaxıstan ölkənin ilk atom elektrik stansiyasının kimə məxsus olacağını açıqlayıbbackend

Qazaxıstan tikinti başa çatdıqdan sonra respublikada ilk atom elektrik stansiyasının (AES) yeganə sahibi olacaq.

RİA Novosti xəbər verir ki, bu barədə Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev məlumat verib.

“Uran xammalının sahibi, operatoru və istehsalçısı, eləcə də gələcək AES-in bütün texnoloji proseslərinin sahibi Qazaxıstan Respublikası olacaq”, – o qeyd edib.

Əvvəllər məlum olub ki, Qazaxıstan birinci AES-in tikintisi üzrə konsorsiumun lideri kimi “Rosatom”u seçib. Dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev layihənin həyata keçirilməsinə başlamaq qərarını alqışlayıb.