Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Astana Beynəlxalq Forumunun plenar iclası zamanı Birləşmiş Millətlər Təşkilatını (BMT) yeganə universal qlobal təşkilat adlandırıb.
Bu barədə TASS məlumat yayıb.
Tokayevin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır. Qazaxıstan Prezidenti onu da əlavə edib ki, bu gün bütün dünya BMT-nin yarandığı vaxtdan bəri mövcud olan qurulmuş dünya nizamının sarsıdılmasının şahidi olur.
“BMT hamımızı birləşdirən yeganə universal qlobal təşkilat olaraq qalır. Bununla belə, Təhlükəsizlik Şurasında hərtərəfli islahatlar aparılmasa, biz çətinliklərin öhdəsindən gələ bilməyəcəyik”, – deyə Tokayev bildirib.
Mənbə: TASS

