Qazaxıstan KİV-də Bişkekdəki gecə iğtişaşlardan sonra respublikaya gəlməyi planlaşdırdığı iddia edilən pakistanlı tələbələrlə bağlı yayılan xəbərləri təkzib edib. Bu barədə TASS Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Qırğızıstandan Qazaxıstana köçməyi planlaşdıran pakistanlı tələbələrin qrupları haqqında məlumat həqiqətə uyğun deyil”, – deyə şöbədən bildirilib.
Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, Qazaxıstan-Qırğızıstan sərhədində nəzarət-buraxılış məntəqələri adi rejimdə işləyir.
Mənbə: TASS