Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonun ticarət nümayəndəsi Ketrin Taini qəbul edib.
Bu barədə Qazaxıstan prezidentinin saytında məlumat verilib.
“Hazırda Qazaxıstanda 600-dən çox Amerika şirkəti uğurla fəaliyyət göstərir. Mən investisiya cəlbediciliyinin artırılmasına, iqtisadiyyatın liberallaşdırılmasına və sənayenin inkişafının dəstəklənməsinə xüsusi önəm verirəm”, – deyə Tokayev görüşdə bildirib.
Qazaxıstan rəhbəri ABŞ-ın ölkəyə yatırdığı birbaşa xarici investisiyaların ümumi həcminin 65 milyard dolları ötdüyünü deyib və xatırladıb ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 30% artaraq rekord həddə – 4,1 milyard dollara çatıb.
“Qazaxıstan rəhbərinin qeyd etdiyi kimi, son üç onillikdə ölkələrimiz ticarət, investisiya, təhlükəsizlik, insan hüquqları və demokratiya da daxil olmaqla bir çox sahələrdə strateji tərəfdaşlığı gücləndirib”, – Tokayevin mətbuat xidmətinin bəyanatında deyilir.
Mənbə: Lenta.ru