Qazaxıstan Rusiya qazının Özbəkistana tranzitində maraqlıdırbackend

Qazaxıstan Rusiya qazının respublika ərazisindən Özbəkistana tranzitinə texniki hazırlığı təmin etmək niyyətindədir, bütün lazımi infrastruktur təmin ediləcək.

Bu barədə TASS Qazaxıstanın energetika naziri Almasadam Satkaliyevə istinadən məlumat yayıb.

Özbəkistan və Qazprom qazın həcmi və qiyməti ilə bağlı danışıqları davam etdirir. Qazaxıstan tərəfi bizim ərazimizdən qaz tranziti üçün texniki hazırlığı təmin etməyə hazır olduğunu bəyan edib”.

S.Sətkəliyevin sözlərinə görə, danışıqlar başa çatan kimi bütün lazımi infrastruktur təmin olunacaq. O, onun təxmini hazırlıq müddətlərini qiymətləndirərək, bunun gələn ilin payız-qış mövsümü olacağını qeyd edib.

Mənbə: TASS