Qazaxıstan Səfiri Azərbaycanın Səhiyyə Naziri ilə görüş keçiribbackend

Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycanın Səhiyyə Naziri Teymur Musayevlə görüş keçirib.

İcimai.az xəbər verir ki, qazaxıstanlı diplomat ikitərəfli münasibətlərin yüksək səviyyəsini və dinamikasını vurğulayıb. Səfir, müalicə turizmi məqsədilə Azərbaycana gələn qazaxıstanlıların sayının ildən ilə artdığını, Azərbaycan vətəndaşlarının isə Qazaxıstanın tibbi tədris müəssisələrində uğurla təhsil aldığını qeyd edib.

Öz növbəsində, azərbaycanlı Nazir Azərbaycanla Qazaxıstan arasında səhiyyə sahəsində münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğuna diqqət çəkib. T. Musayevin sözlərinə görə, ölkələrimiz dərman vasitələrinin istehsalı sahəsində əməkdaşlıq edə bilər. Nazir həmçinin Qazaxıstanın tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarəti sahəsində olan təcrübəsinin öyrənilməsinə və tətbiq edilməsinə maraq göstərib.

Səfir A. Bayel Qazaxıstan şirkətlərinin Azərbaycanda, o cümlədən Qarabağ regionunda tibbi obyektlərinin tikintisində iştirak etməkdə maraqlı olduğunu bildirib. Nazir T. Musayev bu təşəbbüsü alqışlayıb və bu istiqamətdə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Görüş zamanı T. Musayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən sağlamlığın profilaktikası və mühafizəsi prinsiplərinin təşviqi və ilkin tibbi-sanitar yardımın (İTSY) inkişafı üçün ortaq tövsiyələrin hazırlanması məqsədilə irəli sürülən İTSY üzrə ölkələr Koalisiyasının yaradılması təşəbbüsünü dəstəklədiyini vurğulayıb. Bu təşəbbüs Qazaxıstan Dövlət Başçısı tərəfindən 23 oktyabr 2023-cü il tarixində Almatı bəyannaməsinin qəbul olunmasının 45 illiyinə və İTSY üzrə Astana bəyannaməsinin 5 illiyinə həsr olunmuş qlobal konfransda irəli sürülüb.